Nura: “Gücünüz çatırsa, məmurlardan danışın”

Müğənni Nura Surini əsəbləşdirən nə oldu? ANS PRESS-in məlumatına görə, ifaçı bu dəfə yerli aparıcılardan gileyləndi. Suri aparıcıları sənətçilərin şəxsi həyatına müdaxilə etməsinə görə narazıçılığını bildirib. İfaçı bu barədə şəxsi Facebook səhifəsində fikirlərini paylaşıb:

“Anlaya bilmirəm ki, aparıcılar müğənnilərdən nə istəyirlər. Gedin öz həyatınızı araşdırın, gücünüz çatırsa, məmurlardan danışın. Nə istəyirsiniz bizdən? Biz bu ölkənin vətəndaşlarıyıq və bizim hüquqlarımız dövlətimizin qanunları tərəfindən qorunur". Sevilkən ifaçı bununla yanaşı cinayət məcəlləsinndən bir neçə maddəni yazaraq toxunulmazlıq hüququnu bildirib.

"I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.



Nura: “Gücünüz çatırsa, məmurlardan danışın”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri