Günay Musayeva podiuma yarıçılpaq çıxdı
- 10.03.2014, 11:55,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ötən gecə hər kəsi özünə heyran qoyub.
Bir çox öndə gedən dizaynerlərin geyimləri ilə podiumuna çıxan model bu dəfə də geyimi ilə göz qamaşdırıb. G. Musayeva məşhur modelyer Tolqa Çamın defilesinə ağ gəlinliklə qatılıb.
Belə ki, modelin modelyerin yeni kolleksiyasının təqdimat gecəsində geyindiyi gəlinlik ağ tüldən hazırlanıb. Nəticədə azərbaycanlı model demək olar ki, yarıçılpaq geyim nemayiş etdirib. Çıxışlarında ən çox cəsarətli geyimlərə üstünlük verən cazibədar xanım alqışlarla qarşılanıb.
Xatırladaq ki, Günay Musayeva bundan öncə də türkiyəli modelyer Yıldırım Mayrukun dəfiləsi üçün yarıçılpaq geyimdə podiumda yer almışdı. 2013-2014-cü il qış mövsümü üçün hazırlanan kolleksiyanın nümayişi İstanbulda yerləşən Park Bosfor otelində baş tutmuşdu. Həmin gecə də qeyri-adiliyi ilə seçilən tüldən hazırlanan tünd rəngli geyim ilə tamaşaçıların qarşısına çıxmışdı.