Şəkidə meyxana şou
- 10.03.2014, 12:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Kanal S"-in təşkilatçılığı ilə Şəki şəhər səməd vurğun adına mədəniyyət evində Möhtəşəm meyxana şosu baş tutub. Şouda Oktay Kamil, Mehman Əhmədli, Elməddin Avaz, Zarina, Samirə və başqa tanınmış meyxanaçılar iştirak edib. Şounun aparıcısı isə Yusif Cəfərov olub. İlk olaraq səhnəyə 70-80-ci illərdə Azərbaycanda kifayət qədər populyarlıq qazanmış bir ifacı Aydınçik çıxıb. Onun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra isə səhnəyə son zamanların ən populyar duetlərindən biri Oktay və Samirə çıxıb. Oktay və Samirənin bir-birindən maraqlı ifaları tamaşaçılara xoş analar yaşadıb.
Son günlərdə sosial şəbəkələrdə ən çox izlənən bir mahnının ifaçıları Zarina və Elməddin tamaşaçıların alqışları altında səhnəyə daxil olublar. Onlarında ifaları izləyənlərdə xoş ovqat yaradıb. Meyxanaçılar şounun təşkilatından və gedişindən razı qalıblar. Konsertin sonu isə gərgin deyişmələrlə keçib. Meyxanaçıların, xüsusən də Samirə və Oqtayın biri-birlərinə maraqlı atmacaları tamaşaçıların alqışları ilə qarşılanıb.