Arda Turanın Bakıda olan sevgilisi Bakıda [Foto]
- 10.03.2014, 12:25,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən günlərdə türkiyəli məşhur aktrisa Sinem Kobalın Bakıya gəlməsi barədə məlumat vermişdik.
Azərbaycanlı gənc modelyer Kəmalə İbrahimovanın dəfilesinə qatılan sənətçi ötən gün paytaxtın gəzintisinə çıxıb. Qədim İçəri Şəhərin gözəl küçələrini gəzən Sinem Bakıya heyran qaldığını bildirib.
Sinem Kobal gəzinti zamanı Bakıda yerləşən Türk Şəhidliyini ziyarət edərək gül dəstəsi qoyub. Yeməklərimizi dadan məşhur aktrisa fikirlərini sosiual şəbəkə vasitəsi ilə çatdırıb: "Buranın insanları çox gözəldir. Yeməkləri də olduqca dadlıdır. Amma qutab ən sevdiyimdir. Bakıdakı Türk Şəhidlər Xiyabanını da ziyarət etdim. Onlar üçün dua oxudum”.
Xatırladaq ki, Sinem Kobal ötən həftə gənc modelyerin "deCamie" adlı geyim brendinin dəfiləsinə dəvət alıb. Həmin gün məşhur aktrisanın saç və makiyajının üzərində Anar əl işini nümayiş edib. Anar ilə birlikdə kamera önünə keçən Sinem Kobal stilistin əl işini bəyəndiyini qeyd edib.