Abid Şərifovdan "Sovetski" sakinlərinə şad xəbər (VİDEO)

Beləliklə, Sovet İttifaqının dağılma prosesi davam edir. Bu prosesin uzun və ağrılı çəkəcəyi əvvəldən də bəlli idi. Amma yorğun və əzik-pozuq Rusiyanın bir müddət başının özünə qarışması bizdə, yəni keçmiş sovet respblikalarında belə bir təsəvvür yaratmışdı ki, müstəqillik sarsılmazdır, dönməz və əbədidir.

Ukrayna olayları kimi hadisələr isə sübut edir ki, nə qədər ki, imperiya qonşuluğu var heç nəyin əbədiyyətinə arxayın olmaq olmaz. Sovetin hər bir atributundan qurtulmaq lazımdır. Ali gecəqondusundan tutmuş, beynimizə yeridilmiş sovetin təhsili və tibbi yaxşı idi insafən tipli əsarət məntiqinə qədər: hər bir qalıqdan. Baş nazirin müavini Abid Şərifovla söhbətdə biz Sovetski camaatının taleyin mövzusuna bir daha qayıtdıq. Ümumi sözlər çox oldu, Abid müəllim konkret danışmaq istəməsə də, söhbətin gedişində bir məsələni özüm üçün dəqiqləşdirə bildim. Təxminən 3 aydan, yəni inventarlaşdırma başa çatandan sonra az sahəyə malik sakinlərin problemləri həll olunacaq. Hətta onlar üçün ayrıca mənzil tikintisi də mümkündür.

Abid Şərifov: "Sovetski"dən zorla heç kim evindən çıxarılmayacaq. Bu mümkün deyil. Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq. Onlar dövlətin qayğısından kənar qalmayacaq..."


Şərhlər
Sosial bölməsinin xəbərləri