Kıvanç öpüş reytinqini yenilədi

Kıvanç öpüş reytinqini yenilədi Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ rekordunu yeniləyib. ANS-in məlumatına görə, aktyorluqla yanaşı model kimi fəaliyyət göstərən Kıvanç öpüşmə səhnəsi ilə hər kəsi ekranlara bağlayıb. Tatlıtuğ “Kurt Seyit və Şura” serialında Farah Zeynəb Abdullah ilə 2 dəqiqəlik öpüşmə səhnəsi izlənmə rekordu qırıb.


Serial ilk seriasından etibarən milyonlarla izləyici toplayıb. 5 milyon insan tərəfindən baxılan bu səhnə Kıvanç haqqında maraqlı bir faktı ortaya qoyub.


Belə ki, 2012-ci ildə baş rolunu Öykü Karellə paylaşdığı “Kuzey Güney”də də tərəf müqabili ilə öpüşən aktyor uzun müddət gündəmdə qalmışdı. 2010-cu ildə “Aşk-ı memnu” serialında Beren Saatla ehtiraslı anlar yaşayan Kıvanç yenə də reytinqləri alt-üst edərək birinci yerdə qərarlaşmışdı.


Kıvanç öpüş reytinqini yenilədi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri