Hamilə qadın 3 uşağını suda batırmaq istədi (VİDEO)

Amerikanın Florida ştatının polisi Atlantik okeanında öz üç uşağını batırmaq istəyən ananı saxlayıb. Qadın bu addımı atarkən dördüncü uşağa hamilə olub.

ANS-in məlumatına görə, Reuters agentliyi 32 yaşlı ABŞ vətəndaşı Ebonu Uelkerson (Ebony Wilkerson) uşaqlarını öldürməyə cəhddə günahlandırıldığını bildirir.

Üç uşağını avtomobili ilə birlikdə batırmağa qərar verən hamilə qadın, 3, 9, 10 yaşlı uşaqlarını avtomobilinə oturdub və onları okeanın okeanın sahilinə aparıb.

Qapıları bloka salan ümidsiz ana balacalara gözlərini qapamağı və yatmağı əmr edib. O, uşaqlarını guya təhlükəsiz yerə aparacağı ilə "sakitləşdirib". Özü isə maşını suya sürüb.

Uşaqların qışqırtısını eşidən xilasedicilər və yaxınlıqda dincələn insanlar tez köməyə gəliblər. Qadının onları hər şeyin qaydasında olduğuna inandırmaq cəhdlərinə baxmayaraq, köməyə gələnlər Ebonini avtomobildən çıxmağa məcbur ediblər.

Şahidlərin sözlərinə görə, qadın sahil polisinin zabitinə uşaqları maşından çıxarmağa mane olmaq istəyib. Amerikalı həmin an yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.


Şərhlər
Hadisə bölməsinin xəbərləri