Xalq artisti Aygün Kazımova Türkiyədən yeniliklər ilə dönüb. ANS-in məlumatına görə, ifaçı yeni mahnılar, yeni duetlər, yeni görkəm ilə yanaşı olaraq köhnə döymələrinə də l əl gəzdirib. Sənətçi uzun illər öncə qoluna etdirdiyi ay və günəş döyməsini yeniləyib. Nəyə görə dəyişiklik etdiyini açıqlayan ifaçı belə deyib: "Bundan öncə döyməm ağ-qara rəngdə idi. Bu dəfə səfərim zamanı yeniliyə doğru gedərək rəngli etdirdim".
Bundan əlavə olaraq xalq artisti bildirib ki, əlindəki gün şəklini bacardıqları qədər onun özünə bənzətmələrini istəyib: "Dedim elə edin mənə oxşasın, amma görürəm əvvəlki Aygünə daha çox oxşayır. Hər zaman pozitiv, gülən ay və gündür".
Xatırladaq ki, saç düzümçündə dəyişiklik edib Türkiyəyə yollanan sənətçi oradanm gəldiyində yeni imicdə kameralar qarşısına keçib.