Prezident “Şeytan çarxı”nın açılışına qatıldı

Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoram istifadəyə verilib.

Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib.

Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılmışdır. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib.

Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə vardır.
Dövlətimizin başçısı və xanımı yeni qurğu ilə yaxından tanış olub.

Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri