Türkiyədə “Ergenekon” işi ilə əlaqədar çox sayda şübhəli azad edilib
- 11.03.2014, 01:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün 2007-ci ildə başlayan və dalğa-dalğa həyata keçirilən əməliyyatlar və həbslər nəticəsində Türkiyənin bir nömrəli gündəmini təşkil edən “Ergenekon” prosesində ardıcıl olaraq azadlığa buraxılmalar barədə məlumatlar verilir.
APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə "Ergenekon" prosesi ilə əlaqədar həbs edilmiş çox sayda şübhəli bu gün azad edilib. Azad edilənlər arasında Yalçın Küçükdən başqa, Tuncay Özkan, təqaüddə olan polkovnik Levent Göktaş, Sədat Peker, vəkil Kamal Kerinçsiz, təqaüddə olan polkovnik Dursun Çiçək, İbrahim Şahin, Alparslan Arslan, Məhmət Əli Çələbi, sabiq birinci ordu komandanı Həsən İğsız, keçmiş Jandarma Kamandanı Şənər Eruyğur, jurnalist Mərdan Yanardağ, Ələddin Sevim, Doğu Perinçek, Müzəffər Təkin, Həsən Atilla Uğur, Hikmət Çiçək var.
Bununla belə "Ergenekon" prosesi ilə əlaqədar azad edilmələrinə baxmayaraq şübhəlilərdən Dursun Çiçək və Hakimə qarşı söyüş söydüyü əsas gətirilən Alparslan Arslan digər məhkəmə prosesi ilə əlaqədar azadlığa çıxa bilməyəcəklər.
Vəli Küçük, Levent Ersöz, Bədri Gültəkin, Sərdar Öztürk, Həsən Ataman Yıldırım və Erkan Önselin həbsdən azad edilmə barədə vəsatətləri 3-cü ağır cəza Məhkəməsi tərəfindən təmin edilməyib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin keçmiş baş hərbi qərargah rəisi təqaüddə olan General İlkər Başbuğ Ergenekon işi ilə əlaqədar həbsdən azad edilmişdi.