Zaqatalada polis zabitini bıçaqlayan şəxsin kimliyi məlum olub
- 12.03.2014, 00:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada polis zabitinə bıçaq xəsarətləri yetirən şəxsin kimliyi məlum olub.
Məlumata görə, cinayəti törədən Zaqatala şəhəri, Dağıstan küçəsi, ev 14-də yaşayan Camalov Ceyhun Camal oğludur.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, polis kapitanı Anar Zeynalova bıçaq xəsarətləri yetirən Camalov Ceyhun Camal oğlu hadisə yerindən qaçıb. Hazırda Camalovun istintaqa cəlb edilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb.
_________
Zaqatalada polis əməkdaşı bıçaqlanıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.
Hadisənin təfərrüatları hələlik məlum deyil.