Paytaxtda “Mercedes” yoldan çıxaraq yolayrıcı səddə çırpılıb, sürücü ölüb

Bakıda sürücünün ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı dairəvi yolunun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. 52 yaşlı Cəfərov İlqar Rəhim oğlu "Mercedes Benz" markalı avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə, o maşını yol ayrıcındakı metal arakəsmələrə çırpıb. Zərbə o qədər güclü olub ki, sürücü avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Nazirliyin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə sürücü İlqar Cəfərovun meyitini maşından çıxararaq aidiyyatı üzrə təhvil veriblər. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

________


Bakıda bu gecə sürücünün ölümü ilə nəticələnən yol-avtomobil qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Səbail rayonunda “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Deformasiya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri