Bakıda 22 yaşlı oğlan naməlum şəraitdə qətlə yetirilib
- 12.03.2014, 20:06,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl törədilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində İ. Qurtqaşınlı küçəsi-85 ünvanında, “Turanbank”ın qarşısında qeydə alınıb. 22 yaşlı oğlan (adı və soyadı hələ dəqiqləşdirilir) küçənin ortasında naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.