Avropa Parlamenti Azərbaycanla imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişləri təsdiqləyib
- 12.03.2014, 20:07,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişləri təsdiqləyib.
APA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qərar qurumun Strasburqda keçirilən plenar iclasında qəbul olunub. Sənəddə bildirilir ki, bu addım AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında irəliyə doğru addım olacaq.
Xatırladaq ki, viza sazişi 2013-cü ilin noyabrında, readmissiya sazişi isə bu il fevralın 28-də imzalanıb. Hər iki sənəd Azərbaycan Milli Məclisi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.