Azərbaycanda son 3 il ərzində onkoloji xəstələrin sayı 24 faizə yaxın artıb

Azərbaycanda son 3 il ərzində qeydiyyata götürülən onkoloji xəstələrin sayı 24 faizə yaxın artıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə ölkədə 34 681 nəfər onkoloji xəstə qeydiyyatda olub. 2012-ci ildə qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 954, 2011-ci ildə 28 685 nəfər, 2010-cu ildə isə 28 052 nəfər olub.
Ötən il ərzində Azərbaycandakı onkoloji xəstələrin 13 284 nəfərini 5 il və ondan yuxarı yaşayanlar təşkil edib. 2012-ci ildə bu rəqəm 11 974 nəfər, 2011-ci ildə isə 11 161 nəfər olub. Xəstələrin 3 898 nəfəri xəstəliyin 1 və 2-ci, 3083 nəfəri 3-cü, 2083 nəfəri isə 4-cü mərhələsində olub. Ümumilikdə ötən il ərzində il ərzində 9064 nəfər 1-ci mərhələdə onkoloji xəstəliklərlə qeydiyyata götürülüb.
Əvvəlki illərdə olduğu kimi, ötən il də kişilər arasında traxiya-ağciyər-bronx, qadınlarda süd vəzisi xərcəngi üstünlük təşkil edir. Belə hal demək olar ki, bütün dünyada müşahidə edilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri