Bakıda böyük bir yöl ötürücüsünün tikintisi başa çatmaq üzrədir

Bakıda böyük bir yöl ötürücüsünün tikintisi başa çatmaq üzrədir Bakının Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi başa çatmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayında başlanılan yol ötürücüsünün uzunluğu 600 m, eni 28,5 m, yanaşma yolları 272 m, aşırım hissəsinin uzunluğu isə 328 m təşkil edir.

3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolötürücüsü 10 aşırımdan ibarətdir.

Ümumilikdə işlərin 90 faizi artıq yerinə yetirilib. Yanaşma yolları istisna olmaqla, yol ötürücüsündə tikinti işlərinin yaxın 1-2 ay ərzində başa çatdırılması planlaşdırılır.


Bakıda böyük bir yöl ötürücüsünün tikintisi başa çatmaq üzrədir
Bakıda böyük bir yöl ötürücüsünün tikintisi başa çatmaq üzrədir
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri