Qubada xilasedicilər ağacdan yıxılaraq qayadan asılı vəziyyətdə qalan şəxsi xilas ediblər
- 14.03.2014, 09:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qubada dağda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Zizik kəndində 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1972-ci il təvəllüdlü vətəndaş ağacdan yıxılaraq qayadan asılı vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı qayadan endirib və yaxınlarına təhvil veriblər. Əməliyyat saat 22:47-də başa çatıb.