"Bavariya" yeni prezidentini seçib

"Bavariya" yeni prezidentini seçib Münhenin "Bavariya" futbol klubunun prezidenti "Adidas" şirkətinin baş direktoru Hervert Hayner olacaq. Bu barədə qərar dünən klubun Direktorlar Şurasında qəbul edilib. Trend-in məlumatına görə, bu barədə "Sky Sports"a istinadən Russiya mətbuatı xəbər verib.

Hayner bu postda Uli Henessi əvə edəcək. Henessi 28,5 milyon avro məbləğində vergidən yayınmaya görə 3,5 il müddətinə həbs edilib.

Hayner qeyd edib: "Uli Heness özünün liderlik keyfiyyətləri ilə daim "Bavariya"nın maraqlarına xidmət edib. O, liderlik bacarığı və klubun işlərində şəxsi iştirakı sayəsində son dərəcə böyük uğurlar qazanıb. O, "Bavariya"nın inkişafına əhəmiyyətli töhfə verib və bunun sayəsində klub dünyada idman, eləcə də maliyyə planında ən uğurlu və cəlbedici klublardan biri olub".
Şərhlər
İdman bölməsinin xəbərləri