Kişi olmasına icazə verilmədiyi üçün özünü 22-ci mərtəbədən atdı
- 16.05.2013, 17:10,
- Maraqlı
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada öz cinsini dəyişdirərək kişi olmağı arzulayan qız intihar edib.
Trend "İnterfaks" agentliyinə istinadən məlumat verir ki, ötən gün hüquq mühafizə orqanlarına bir şəxsin hündürmərtəbəli binadan düşməsi ilə bağlı məlumat daxil olub.
Dindirilmə zamanı özünü atan qızın anası bildirib ki, onun övladı 3 ildir öz cinsini dəyişdirmək istəyini bildirirmiş, lakin anası icazə vermirmiş. Ali məktəbin ikinci kurs tələbəsi olan qız intihar günü anasına dərsə getdiyini bildirib, lakin yaşadığı binanın 22-ci mərtəbəsinə çıxaraq ayaqqabısını, pencəyini soyunub və özünü aşağı atıb.