Gəncədə tikilməkdə olan filarmoniya binasında quraşdırılan karkas çöküb, bir nəfər xəsarət alıb

Gəncədə yeni tikilən filarmoniya binasının üst mərtəbəsinin çökməsi nəticəsində bir nəfər xəsarət alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, tibb ocağında daxil olan xəstəyə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının şəhərin Cavadxan küçəsində yeni inşa olunan binasının üst mərtəbəsində taxtalardan qurulan karkas çöküb. Hadisə saat 17.30 radələrində qeydə alınıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri