Nərimanov rayonunda "BMW" və "KİA" markalı avtomobillər toqquşub

Bakının Nərimanov rayonunda "BMW" və "KİA" markalı avtomobillər toqquşub.

APA-nın xəbərinə görə, qəza nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun qarşısında tıxac meydana gəlib.

Dövlət Yol Polisi İdarəsinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində qəzaya "BMW" markalı avtomobil sürücüsünün səbəb olduğu müəyyənləşdirilib. O işıqforun yaşıl işığında hərəkət edən "KİA"nı gözləməyib. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, toqquşan avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normallaşıb. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri