Dilarə Kazımova Eurovision-da “Start a Fire” mahnısını ifa edəcək

Dilarə Kazımova Eurovision-da “Start a Fire” mahnısını ifa edəcək Azərbaycan təmsilçisi Dilarə Kazımova Eurovision-da “Start a Fire” mahnısını təqdim edəcək. Mayın 6-da Kopenqagendə (Danimarka) keçiriləcək birinci yarımfinalda B&W Hallerne səhnəsində sözügedən nüfuzlu mahnı müsabiqəsinin tamaşaçıları məhz bu mahnını Dilarənin ifasında eşidəcəklər.
Gənc və istedadlı Dilarə öz mahnısını belə təsvir edir – güclü və eyni zamanda həssas qadının etirafı.


“Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir”, - deyə Dilarə söyləyir.


Live.az-ın məlumatına görə, Dilarə artıq uzun illər səhnədədir və Azərbaycanda çox populyardır. Hal-hazırda o, öz sənətini Avropaya çatdırmaq arzusundadır. Opera vokalı dərsləri sayəsində Dilarə dinləyicilərini tamamilə fərqli janrlarla təəccübləndirməyi bacarır. Onun repertuarında operadan və soul janrında mahnılardan jaz və pop musiqisinə qədər kompozisiyalar yer alır.


Dilarənin sözlərinə görə, o, “Eurovision 2014”-də əsl və təsirli mahnı ifa etmək istəyərdi. “Mahnının süjeti faciəvidir, lakin sonunda işıqlı gələcəyə ümid var. Elə bil ki, qaranlıqda isti, lakin zəif görünən işıq görürsən. İndi mən, demək olar ki, bu mahnıda yaşayıram, mən onu sonuncu nota qədər hiss eləmişəm və çox istərdim ki, auditoriya da onun dərin mənasını dərk eləsin”.


“Start a Fire” mahnısı istedadlı müəlliflər – Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örn tərəfindən yazılıb. Qeyd edək ki, Örn “Eurovision 2011”-in qalib mahnısı «Running Scared»-ın müəlliflərindən biridir.


Mahnıda deyilir: “Hətta ən zəif işıq belə alov yarada bilər”. Ola bilər ki, məhz bu alov avropa dinləyiciləri arasında Dilarənin populyarlığını qızışdıracaq.







Dilarə Kazımova Eurovision-da “Start a Fire” mahnısını ifa edəcək
Dilarə Kazımova Eurovision-da “Start a Fire” mahnısını ifa edəcək
Dilarə Kazımova Eurovision-da “Start a Fire” mahnısını ifa edəcək
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri