Sabirabadda maşın avtodayanacağa çırpılıb, iki nəfər ölüb

Hacıqabul-Bəhrəmtəpə yolunun 42-ci kilometrliyində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Baş Dövlət Yol Polisindən (BDYP) APA-ya verilən məlumata görə, bu gün saat 18.00 radələrində Sabirabad rayonunun Nizami kənd sakini, 1980-ci il təvəllüdlü Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 20 DB 275 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü həmkəndlisi Quliyev Abdulla Məmmədqulu oğlu hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri