Azərbaycanda illik inflyasiya 2,1%-ə çatıb
- 17.03.2014, 21:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda yanvar-fevral aylarında illik inflyasiya 2,1% olub.
APA-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk iki ayında ərzaq məhsullarının qiymətləri 2,4%, qeyri-ərzaq mallarının qiymətləri 3,5%, xidmət tarifləri 0,2% artıb.
Ötən ay yanvar ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalıb.