Putin: Krımdakı referendum beynəlxalq hüquq normalarına uyğun keçirilib
- 18.03.2014, 21:14,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 17-də Krımda referendum baş tutub.
Referendum beynəlxalq hüquq normalarına uyğun keçirilib.
APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, referendumda iştirak edən seçicilərin 82 faizindən 96 faiz Krımın Rusiyaya birləşdirilməsinə səs verib.
“Bu rəqəmləri anlamaq üçün Krımın tarixini, Krımın Rusiya və Rusiyanın Krım üçün hansı məna verdiyini bilmək lazımdır”, - deyə o vurğulayıb.