Putin: “Ukraynada legitim hakimiyyət yoxdur”

Ukraynanın müstəqilliyi dövründə prezidentlər, baş nazirlər, deputatlar dəyişib, lakin onların vətəndaşlara münasibəti dəyişməyib.

APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O qeyd edib ki, bu insanlar hakimiyyət uğrunda mübarizə aparıb.

Korrupsiyaya qarşı etiraz edən Maydan fəallarını yaxşı anladığını deyən V.Putin Ukraynadakı son hadisələrin arxasında duranların başqa məqsədlər güddüyünü bildirib. Onun sözlərinə görə, bu addımların arxasında faşistlər və rusofoblar dayanıb.

Putin qeyd edib ki, Ukraynada legitim hakimiyyət mövcud deyil. “Danışıqlar aparmaq üçün adam da yoxdur. Hətta nazirin qəbuluna düşmək üçün Maydan silahlılarının icazəsi lazımdır. Bu, bu günün reallığıdır”.
Şərhlər
Dünya bölməsinin xəbərləri