Səfir: “Dövlət katibi Con Kerri mənə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi”
- 18.03.2014, 21:19,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ dövlət katibi Con Kerri Azərbaycana səfər etmək niyyətindədir, lakin səfirin tarixi hələlik müəyyənləşməyib.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O, ötən həftə Vaşinqtonda keçirilən səfirlərin konfransında C. Kerri ilə görüşdüyünü söyləyib: “O, Azərbaycana səfər etmək istəyini bildirdi, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşməyib”.
Xatırladaq ki, Gürcüstan mediası C. Kerrinin yazın sonuna qədər Cənubi Qafqaza səfər edəcəyi barədə xəbər yayıb.