“Topaz” mərc oyunlarının xəzinədarına qarşı quldurluq edən şəxs tutulub
- 18.03.2014, 21:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Bakıda quldurluq edən şəxs tutulub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 1983-cü il təvəllüdlü Kamil Loğman oğlu Əliyev tutulub.
Polisdən K. Əliyevin ruhi xəstə olduğu bildirilib.
Qeyd edək ki, hadisə ötən gün Cavanşir küçəsi-9 ünvanında yerləşən “Topaz” mərc oyunları klubunda qeydə alınıb.
Naməlum şəxs klubun xəzinədarı, Bakı şəhər sakini Rövşən Məhəmməd oğlu Məmmədovu bıçaqla hədələyərək kassada olan 2740 manat pul aparıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.