Bakıda avtomobil təmiri emalatxanasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun APA-ya bildirdiyinə görə, yanğın ümumi sahəsi 500 kv.m. olan avtomobil təmiri emalatxanasında baş verib.

Yanğın nəticəsində profilaktoriyanın 300 kv.m. sahəsi yanıb.

Yanğınını səbəblərinə dair müxtəlif versiyaların olduğu bildirilir. Onlardan birinə əsasən, obyektin yaxınlığında qalanan bayram tonqalından taxta konstruksiyalı dam örtüyünə alov düşüb.

Hadisə nəticəsində “BMV” markalı avtomobilin qismən yandığı bildirilir.

Hazırda yanğın söndürülüb, yanğının səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri