Qobustanda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Qobustan rayonu ərazisində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, Bakı-Şamaxı yolunun 87-ci kilometrliyində "VAZ" və "Ford" markalı iki minik avtomobilləri toqquşub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ" markalı avtomobildə olan 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobilin sürücüsünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri