Zaqatalada mənzildən meyitləri tapılan şəxslərin 3 ay əvvəl ailə qurmuş ər-arvad olduğu məlum olub
- 19.03.2014, 20:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada mənzildən meyiti tapılan şəxslərin adları açıqlanıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində rayonun Azərbaycan küçəsi yeni tikilən evdə qeydə alınıb. Həmin ünvanda meyitləri tapılan şəxslərin, rayon sakinləri - 1970-ci il təvəllüdlü Akif Abdusalam oğlu Davudov və onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nigar Heydər qızı İbrahimova olması müəyyənləşib. Onların iki gün əvvəl öldüyü ehtimal olunur.
Meyitlərdən biri vanna, digəri isə yataq otağında aşkar edilib.
Ər-arvadın ölüm səbəbləri hələlik açıqlanmır.
Polisdən həmçinin bildirilib ki, onlar 3 ay əvvəl ailə həyatı qurublarmış.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.