Dünyanın ən yaxşı çimərlikləri
- 20.03.2014, 01:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, reytinq il ərzində turistlərin çimərliklər barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb.
Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı "Baia do Sancho" adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providensiales (Terks və Kaykos adaları) adasındakı çimərlik və Puerto-Rikoda yerləşən "Playa Flamenco" çimərliyi tutur.
Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer "Playa de las Catedrales" (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. "Elafonisi" (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü "Cala Mariolu" (İtaliya, Baunei) çimərliyi tamamlayır.