Xaçmazda minik maşını yük maşınına çırpılıb, xəsarət alanlar var
- 20.03.2014, 11:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 19-u, axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Bakı prospektində qeydə alınıb.
Xaçmaz rayonu, Qaradağlı kənd sakini Hüseynov Namik Məzahir oğlunun idarə etdiyi dövlət nömrə nişanlı 27 BK 011 “Jeep” markalı avtomobil yolun kənarında hərəkətsiz dayanan dövlət nömrə nişanlı 27 BF 159 “Zil” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik maşının sürücüsü və sərnişini - Xaçmaz rayonu, Çarxı kənd sakini 1986-cı il təvəllüdlü Cəlilov Seyid Abdulla oğlu xəsarət alıblar.İlkin tibbi yardımdan sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.