Aygün Kazımovadan qadağa

Xalq artisti Aygün Kazımova maraqlı açıqlamalar verib. ANS-in məlumatına görə, sənətçinin pərəstişkarlarında ona olan suallardan biri də, Aygün xanıma kim qadağa qoya bilər? sualıdır.

Bunu nəzərə alaraq ANS telekanalında yayımlanan "Şou biz" verilişi sənətçiyə bu sualla müraciət edib. Xalq artistinin cavabı isə çox maraqlı olub.

Aygün Kazımova bildirib ki, qadağaları ancaq o özü-özünə qoya bilər: "Qadağalarım həddindən artıq çoxdur, bu ildən onların sayı daha da artıb. Bəlkə əvvəl nəyəsə güzəştə gedirdimsə amma indi etmirəm, əsas qadağalar isə mənim rahatçılığım, yeməyim, dincəlməyimlə bağlıdır. Ona sərf etdiyim vaxtımı artıq işlərimə yönəltmişəm, bu il məndən çoxlu işlər gözləmək. Əməlli başlı super ideyalar nümayiş edəcəm"- deyərək ifaçı yeni idealarından danışıb.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri