Daş karxanasinda dəhşət: sürücü buldozerin altında qaldı
- 20.03.2014, 18:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Goranboy rayonunda dəhşətli qəza baş verib. ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza Ballıqaya kəndinin ərazisindəki daş karxanasında olub.
Daş karxanasında işləyən Sahib Aslanovun idarə etdiyi “T-130” markalı buldozer aşıb. Qəza nəticəsində sürücü buldozerin altında qalıb.
Hadisə yerinə gələn xilasedicilər və hüquq-mühafizə orqanları sürücünün buldozerin altında qalaraq əzilən meyidini çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.