Goranboyda baş verən yol qəzasında iki nəfər ölüb
- 21.03.2014, 01:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboy rayonunda ağır yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Cinli Boluslu kəndində "Hyundai" və KİA markalı minik avtomobilləri toqquşub.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hər iki avtomobilin sürücüsü hadisə yerində ölüb.
Deformasiyaya uğramış KİA markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış, 1973-cü il təvəllüdlü sürücü Əhmədov Hikmət Komissar oğlunun meyiti müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən, "Hyundai" avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Mürşüd oğlunun meyiti isə vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.