Bakıda 54 yaşlı kişi evində yanaraq öldü

Bakıda yarımçıq tikilidə insan ölümü ilə nəticələnən yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərətbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibi V.Varmakovun meyiti aşkar olunub.

Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri