Azərbaycanda 50 yaşlı kişi qapını mismarlayaraq evini yandırıb, onun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb
- 21.03.2014, 13:09,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 20-i axşam saatlarında Xaçmaz rayonu Çarxı kəndində yanğın hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, kənd sakini 50 yaşlı Aqil Məmmədova məxsus, ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Nəticədə evdə olan Aqil Məmmədov yanaraq dünyasını dəyişib. Onun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Mərhumun oğlunun verdiyi məlumata görə, atası onlarla daim mübahisə edib və spirtli içkilərə meylli olub.
Kənd sakinlərinin bildirdiyinə görə, A. Məmmədov evi özü yandırıb. Evi yandırmazdan əvvəl isə qapını içəridən mismarlayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
___________
Xaçmaz rayonunda insan ölümü ilə nəticələnən yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, rayonun Çarxı kəndində (rayon mərkəzindən 18 km aralı) 1964-cü il təvəllüdlü Məmmədov Aqil Habil oğluna məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı evdən yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.