Avropa Liqasında püşkatmanın nəticələri

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən püşkatmanın nəticəsinə əsasən 1/4 finalda aşağıdakı komandalar qarşılaşacaqlar:

"Az Alkmaar" (Niderland) - "Benfika" (Portuqaliya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Bazel" (İsveçrə) - "Valensiya" (İspaniya)
"Portu" (Portuqaliya) - "Sevilya" (İspaniya)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 3-də, cavab görüşləri isə aprelin 10-da keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri