Ukrayna Ermənistana nota verib

Ukrayna Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın məlumatına görə, Ukrayna Ermənistana nota da verib. Notada İrəvanın Krım məsələsi ilə bağlı mövqeyinə rəsmi aydınlıq gətirilməsi tələb olunur.

“Biz Ermənistana müraciət etmişik ki, Krımın Rusiya tərəfindən ilhaq olunduğunu rəsmi şəkildə bəyan etsin. Ermənistanın mövqeyində Ukrayna ilə qeyri-dostluq məqamları görsək, bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”, - deyə Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski bildirib.

Kiyevin narazılığı Ermənistan və Rusiya prezidentlərinin telefon danışığında Serj Sarkisyanın Krımın müstəqilliyi və Rusiyaya birləşdirilməsinə dair “referendumu” tanıdığını bəyan etməsindən sonra yaranıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri