Bu gündən Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur nisbətən yüksələcək
- 22.03.2014, 13:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün axşamdan başlayaraq ölkə ərazisində artıq şimal-qərb küləyi mülayimləşəcəyi, martın 23-də isə cənub küləyi ilə əvəz olunacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya açıqlamasında bildirib ki, bu gündən başlayaraq hava şəraiti mülayimləşəcək, temperatur ötən günlərlə müqayisədə nisbətən yüksələcək.
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim-cənub küləyi üstünlük təşkil edəcək, gündüz arabir küləyin sürəti güclənəcək.
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 9-14 dərəcə isti olacaq.
Martın 23-də Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.