Gəncədə 8-ci sinif şagirdini maşın vuraraq öldürüb
- 22.03.2014, 13:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Göygöl rayonu istiqamətində çıxışında baş verib.
Hələlik sürücüsünün kimliyi bəlli olmayan “Niva” markalı avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Səmədov Xaliq Davud oğlunu vurub. 14 yaşlı yeniyetmə dərhal Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.