“Mən Hüseyn Dəryanın son səsini eşitdim, o, ölməmişdi”.
Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə “Xeber.info”nun əməkdaşı Fəxrəddin Sadıqzadə çıxış edib.
O, Hüseynin ölmədiyini, morqdan çıxarılarkən səsini eşitdiyini iddia edir:
“Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da “bu, Hüseynin səsidir” dedi”.
Həmin görüntünün 27-ci saniyəsində “əəə” deyə səs gəlir və 32-ci saniyədə Sona xanım da bunu təsdiq edir.