Masallıda güclü partlayış olub, bir nəfər ölüb, iki məktəbli xəsarət alıb
- 23.03.2014, 23:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Masallı rayonunda baş verən partlayışda xəsarət alan Mahmudavar kənd sakini, 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov dünyasını dəyişib.
APA-nın məlumatına görə, F. Sadıqov çoxlu qan itirdiyindən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vəfat edib
_______
18:37Masallı rayonunda güclü partlayış baş verib. APA-nın məlumatına görə, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.
Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.
Güclü partlayış nəticəsində qaynaqçı ölüb.
Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.