Mixail Saakaşvili Gürcüstanın Baş Prokurorluğuna ifadə verməyə çağırılıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniyaya ötən gün oğlunun martın 27-i saat 13.00-da Baş Prokurorluğa gələrək bir neçə cinayət işi üzrə ifadə verməsi ilə bağlı çağırış vərəqəsi verilib.

“Mən bu məsələ ilə bağlı hələlik oğlum ilə əlaqə saxlamamışam. Düşünürəm ki, o özü qərar verəcək”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qiuli Alasaniya Tiflisdə jurnalistlərə bildirib.

Prokuror Konstantin Katsitadzenin jurnalistlərə bildirdiyinə görə, M.Saakaşviliyə hazırda toxunulmazdıq şamil olunmur.

“İfadə vermək üçün prokurorluğa gəlməmək üçün keçmiş prezident Mixail Saakaşvilidə üzrlü səbəb olmalıdır”, deyə prokuror bildirib.

Qeyd edək ki, bundan əvvəl baş nazir İrakli Qaribaşvili jurnalistlərlə görüşündə bildirmişdir ki, Mixail Saakaşvilinin prokurorluğa gəlmədiyi təqdirdə, Gürcüstan qanunvericiliyinə müvafiq olaraq, onun barəsində axtarış elan oluna bilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri