Bakıda dəhşətli yol qəzası: 1 yaşlı körpə öldü, 4 nəfər yaralandı
- 23.03.2014, 18:53,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda dəhşətli yol qəzası baş verib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində “Subaru Forester” və “Kia” markalı iki avtomobil toqquşub.
Nəticədə “Subaru”da olan sürücünün 1 yaşlı övladı Rzayev Sadiq Əkbər oğlu hadisə yerindəcə keçinib. Daha 4 nəfər isə ağır yaralanıb.
Bildirilir ki, “Subaru” markalı avtomobil yola arxa-arxaya çıxarkən yüksək sürətli “Kia”nın zərbəsinə tuş gəlib.
Qəzada yaralananlar arasında dünyasınıl dəyişmiş uşağın atası və digər ailə üzvləri də var.
ANS