İtmiş təyyarənin axtarışları hind okenanında davam edir
- 23.03.2014, 19:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstraliyanın Hind Okeanı sahillərində Malayziyaya məxsus itmiş sərnişin təyyarəsinin axtarış əməliyyatları bu gün erkən saatlardan yenidən start götürüb.
Hazırda əməliyyatlar bir qədər əvvəl Çinin süni peykindən əldə edilən fotoşəkillərdəki obyektin kordinantları üzrə aparılır. Axtarış əməliyyatlarına 3 təyyarə qoşulub.
"Boinq-777" tipli təyyarə sonuncu dəfə Vyetnam sahillərində radardan itən zaman göyərtəsində 227 sərnişin, 12 ekipaj üzvü olub.
Təyyarənin kiber terroristlər tərəfindən qaçırılması ehtimalları da rəsmilər tərəfindən mümkün hesab edilir.
Malayziyanın Sepanq şəhərində velosipedçilər axtarışlara mənəvi dəstək olmaq məqsədilə "Dua üçün sür" adlı kampaniya başladıblar. Aksiyaya yüzlərlə velosipedçi qatılıb.