Bakıda 5-ci mərtəbədən yıxılan qız sağ qalıb

Bakıda 5-ci mərtəbədən yıxılan qız sağ qalıb.


Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.



Hadisə bu gün Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 B ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 26 yaşlı Mələk Nizami qızı Salahova yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Hadisə yerinə Suraxanı Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları gəlib. Hadisənin intihar olub-olmaması araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri