Bakıda tələbə 16 mərtəbəli binanın damından özünü atıb
- 24.03.2014, 13:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda tələbə intihar edib.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib.
Polisdən həmçinin bildirilib ki, K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi olub.
K.Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
ANS