Xalq artisti Aygün Kazımova uzun müddətdir küsülü olduğu müğənni Röya Ayxandan danışıb.
Live.az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında Türkiyədə “Kral Musiqi ödülləri” yarışmasına nominant olan Röyaya uğurlar arzulayıb:
“Bu il “Kral musiqi ödülləri”nə nominant ola bilmədim. Çünki şirkətimi dəyişmişəm və yeni layihəm hələ hazır deyil. Amma söz verirəm ki, ora gələn il qatılacam və mükafatı alacam. Mən özümə və şirkətimə güvənirəm.
Eşitmişəm ki, Röya nominantlar siyahısındadır. Ona ürəkdən uğurlar arzulayıram. Sağ əli olmayanların başına. Bəziləri deyir ki, nə var ki, aday olub da, niyə bunu böyük xəbər edir? Heç kimin əməyini kiçiltməyin, cılızlaşdırmayın. Bu böyük bir göstəricidir”.
Həmçinin qeyd edək ki, müğənni heş kimlə küsülü olmadığını bildirib.